Ev Aktual Leonid Kalaşnikov: Seçki prosesi tam qanunauyğun şəkildə aparılır

Leonid Kalaşnikov: Seçki prosesi tam qanunauyğun şəkildə aparılır

0
461
Fevralın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiya Federasiyasının Dövlət Dumasının nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan MSK sədri seçki prosesi ilə bağlı məlumat verib.
MSK sədri qeyd edib ki, seçkilər xarici və yerli KİV-lər tərəfindən yayımlanır. Seçkidə ölkədəki əksər siyasi partiyalar təmsil olunur. Seçki beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənir. 1000 məntəqəyə veb-kamera quraşdırılıb.
Nümayəndə heyətinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, onlar müşahidələri zamanı seçki prosesinin tam qanunlar çərçivəsində aparıldığının şahidi olublar.
Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.