“Legiya”nın baş məşqçisi: “Mahirin komandada qalacağına əminliklə cavab verə bilmirəm”

0
218
Warszawa, 15.12.2021. Trener Legii Warszawa Aleksandar Vukovic podczas meczu pi³karskiej Ekstraklasy z KGHM Zag³êbiem Lubin, 15 bm. (gj) PAP/Leszek Szymañski

“Mahirlə ilk dəfə tanış olduğum zaman çox təəccübləndim”.

Bunu Polşanın “Legiya” klubunun baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı danışarkən deyib.

Bosniya və Herseqovina serbi olan mütəxəssis 24 yaşlı forvardla görüşdən sonra onun barəsində xoş təəssürat yarandığını söyləyib. Ancaq o, Mahirin komandada qalacağına əmin olmadığını bildirib:

“Televizorda ona baxdıqdan sonra qarşımda bir az təkəbbürlü oğlan gözləyirdim. Mahir məni təəccübləndirdi, əks təəssürat yaratdı. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq mümkünsüzdür. Onunla söhbət çox pozitiv oldu. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Onun qalması ilə bağlı hazırda birmənalı və əminliklə cavab verə bilmirəm”.

Qeyd edək ki, azarkeşlərin hücumundan sonra Mahir Emrelinin “Legiya”dan ayrılmaq istədiyi bildirilir.

O artıq Bakıya qayıdıb.