Ev Uncategorized Lazerlər internetin sürətini min dəfə artıracaq

Lazerlər internetin sürətini min dəfə artıracaq

0
341

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəsində irəliləyişə nail olublar.

Lazerlər teraherslik elektromaqnit spektr diapazonunda işləməsi ilə fərqlənirlər. Bu isə o deməkdir ki, bu texnologiya vasitəsilə məlumatların göndərilməsi üçün lazerlər çox tez modullaşdırılmalıdır: saniyədə təxminən 100 milyard dəfə yanıb-sönməli və ya pulsasiya etməlidir. Son vaxtlaradək bunu etmək mümkün olmayıb. Alimlər əmindir ki, çətin vəzifənin həyata keçirilməsi üçün üsul kəşf edilib. Onların sözlərinə görə, bunun üçün akustik və işıq dalğalarının gücünü birləşdirmək lazımdır.

Alimlər izah edir ki, məqsədə nail olmaq üçün kvant kaskad lazerin daxilində kvant quyuları vibrasiya etməyə məcbur edən akustik dalğalardan istifadə olunub. Öz növbəsində akustik dalğalar digər lazerin impulsunun alüminium plyonkaya təsiri zamanı generasiya edilib. Bu, kvant kaskad lazer vasitəsilə mexaniki dalğanı göndərən plyonkanın genişlənməsinə və sıxılmasına səbəb olub.

Gələcəkdə fotonların lazerdən şüalanmasına tam nəzarət üçün yeni mexanizmin hazırlanması planlaşdırılır. Bu, məlumatları böyük məsafələrə 100 Qbit/saniyə sürətlə ötürməyə imkan verəcək.