Lavrovdan Dağlıq Qarabağda dinc həyatın bərpası ilə bağlı VACİB AÇIQLAMA

0
358

“Biz hələ Dağlıq Qarabağ münaqişəsinin isti mərhələsindən çıxırıq”.Bu barədə Rusiya Xarici İşlər Naziri (XİN) Sergey Lavrov Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşündə deyib.

“Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabrda imzaladığı birgə bəyanatın bu gün hamının tanımaq məcburiyyətində olduğunu vurğulamaq istəyirəm. Hansı ki, bu bəyanat müharibəni dayandırdı, həm qaçqınların, həm də məcburi köçkünlərin evlərinə qayıtmaları barədə razılaşmanı təmin etdi”, – deyə rusiyalı nazir bildirib.

Lavrov qeyd edib ki, Rusiya rəhbərliyi uzun illərdir Dağlıq Qarabağda çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə vəsait ayırmağa qərar verib:

“Biz (Dağlıq Qarabağda) dinc həyatın bərpasında öz resurslarını, təcrübələrini və potensiallarını sərmayə etməyə hazır olan beynəlxalq təşkilatların fəaliyyətini qətiyyətlə dəstəkləyirik.

Xüsusilə, Rusiya hökuməti uzun illər İrəvan və Bakı da daxil olmaqla həm bölgədə, həm də birbaşa Xankəndidə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə vəsait ayırmağa qərar verib”.