Lavrov: “Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır”

0
166

“Ermənistan rəhbərliyi uydurma bəhanələrlə Rusiya Federasiyası ilə münasibətləri uçuruma aparır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

O qeyd edib ki, Ermənistan çətin vəziyyətlərdə olarkən məhz KTMT onun maraqlarını dəfələrlə müdafiə edib.

“Lakin İrəvan bunu heç xatırlamır”, – Lavrov vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, Ermənistandakı Aİ missiyası tədricən NATO missiyasına çevrilir.