Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

0
344

Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefonla danışıb.

Bildirilir ki, xarici siyasət qurumunun rəhbərləri Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

“Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il 9 noyabr tarixli bəyanatının müddəalarının həyata keçirilməsini, o cümlədən tərəflərin Rusiya sülhməramlıları ilə qarşılıqlı fəaliyyətini, eləcə də ikitərəfli əməkdaşlığın aktual məsələlərini və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, – deyə məlumatda bildirilir.