Latviyada 9 May “Ukrayna qurbanlarının anım günü” ilə əvəz edilə bilər

0
261

Latviyada 9 May “Ukrayna qurbanlarının anım günü”nə çevrilə bilər. Müvafiq qanun layihəsi Seymin bir sıra deputatları tərəfindən təqdim edilib.

Qeyd olunur ki, qanun layihəsinin məqsədi Latviya cəmiyyətinin diqqətini Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cəlb etmək və suverenlik, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə Ukrayna xalqı ilə “həmrəylik nümayiş etdirməkdir”.

Qanun layihəsi qəbul olunarsa, o zaman mayın 9-da Latviyanın dövlət bayrağı matəm dekorasiyasında asılmalıdır və Qələbə Günündə hər hansı bayram tədbirinin keçirilməsi qadağan olunacaq.

Məlumdur ki, daha əvvəl analoji təşəbbüslə Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Mariya Qolubeva da çıxış edib.

Martın 31-də Latviya Seymi 9 May Qələbə Günü şərəfinə Sovet Ordusu əsgərlərinin abidələrinə 200 metrdən yaxın məsafədə tədbirlərin keçirilməsinə qadağa qoyub. Bundan əlavə, Latviyada nasist Almaniyası və SSRİ-nin də daxil olduğu “totalitar rejimlərin” döyüş və qələbələri günləri ilə bağlı aksiyalar qanundan kənarlaşdırılıb.

Mənbə: Gazeta.ru