Latviya parlamenti vətəndaşlıq haqqında qanuna dəyişiklik edərək Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən şəxslərin vətəndaşlıqdan məhrum edilməsini təsdiqləyib.
Latviya seymindən verilən məlumatda həmçinin qeyd olunur ki, hər-hansı bir şəxsin Ukraynadakı müharibəni dəstəklədiyi barədə məlumatlar dövlət təhlükəsizlik orqanlarına təqdim ediləcək.
Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 24-dən aprelin əvvəlinə kimi Rusiyanın Ukraynadaya müdaxiləsinə dəstək verməklə bağlı 14 cinayət işi başlanıb.
Mənbə: RİA Novosti