Laləsiz çəmən olmaz, Şəhidsiz Vətən olmaz!

0
678

Bu gün Qəbələ şəhid ailələri ilə Həsənov Əsəd Fərhad oğlunun ailəsində ziyarətdə olduq. Şəhid ailəsinin ziyarətində çox olmuşam, amma bu ziyarət mənim üçün çox fərqli idi. Əsədin iki körpə balası, gənc həyat yoldaşı çox agrılı bir mənzərə ilə rastlaşdıq.
Əsəd haqqında anası Mələk xanım çox xatirələr danışdı.

Azərbaycan Respublikası II Qarabağ Müharibəsi Şəhidi Həsənov Əsəd Fərhad oğlu 16 Aprel 1988-ci ildə İmişli rayonun Şahverdili kəndində anadan olmuşdur. 1995-ci ildə Şahverdili kənd orta məktəbin 1 – ci sinifinə getmişdir. 2003-cü ildə Şahverdili kənd orta məktəbin 8-ci sinifini əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Cümşüd Naxçıvanski adına hərbi liseyə vermişdir.Elə həmin ildə Cümşüd Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur.2006-cı ildə Cümşüd Naxçıvanski adına hərbi liseyi idman, təlim və intizamda yüksək göstəricilər və dərslərində əla qiymətlərlə bitirib sənədlərini Heydər Əliyev adına hərbi akademiyaya vermiş və elə həmin ildən də Heydər Əliyev adına hərbi akademiyaya qəbul olmuşdur. 2010-cu ildə Heydər Əliyev adına hərbi akademiyayanı bitirmiş və bir il Bakı şəhəri Salyanski kazarma deyilən hərbi hissədə təcrübə kecərək zabit sertikatı almış və Leytenant rütbəsi verilmişdir. 2011 – ci ildə Təyinatla Naxçıvan Muxtar Respublikasının 215 saylı hərbi hissəsinə göndərilmişdir.Sonradan hərbi xidmətini Şahbuz rayon Gömrü N saylı hərbi hissədə dəvam edib.2014-cü ildə Şahbuz rayon Gömrü N saylı hərbi hissəsində olarkən baş leytenant rütbəsi verilir. Elə həmin 2014 – cü ildə də təyinatla Bakı şəhəri Güzdək kəndində yerləşən N saylı hərbi hissəyə və dörd aydan sonra Bakı şəhəri Pirişkül kəndində yerləşən N saylı hərbi hissəyə bateriya komandiri vəzifəsinə göndərilir.Hərbi hissələrə təyin edilmiş bateriya komandirinin bilik və bacarığı tabe olduğu komandanlığın diqqətindən qacmır və 2016-cı ildə onu Goranda yerləşən başqa bir 005 saylı hərbi hissəyə baterya komandiri vəzifəsinə göndərilir və vəzifəsinə dəvam edir.Ona 2017-ci ilin avqust ayında kapitan rütbəsi verilir. Həmin ilin oktyabr ayından 708 nömrəli hərbi hissədə işinə dəvam edir.2019-cu ildə iki aylıq hərbi kurs kecmək üçün Bakı şəhərinə göndərilir. Hərbi kurs kecdikdən sonra 15 Mart 2019- cu il tarixində Goranda yerləşən 005 saylı hərbi hissədə MTO vəzifəsini icra etməyə təyin edilir. Yüksək hərbi təhsili ,hərbi vəziyyətlərdəki bacarığı ,döyüş taktikası və hərbi təlimlərdə göstərdiyi fiziki hazırliğı nəzərə alınaraq 2020-ci ilin İyun ayında tabe olduğu komandanliq tərəfindən Ağdam rayonundakı 190 saylı hərbi hissəyə Qərargah rəisi vəzifəsinə göndərilir. 2020-ci ilin Sentyabr ayının 27 – dən başlamış Azərbaycan Respublikası Vətən müharibəsində Qarabağ Ağdam uğrunda gedən döyüşlərdə oktyabr ayının 1-də qəhrəmancasına şəhid olmuşdur .Vətənə Mələk və Hüseyn adlı iki övladı əmanət olaraq qalmışdır.
Şəhid Kapitan Əsəd Həsənov sağlığında “Azərbaycan Respublikasının 95 illiyi yubiley medalı”,
“Azərbaycan ordusunun 100 illiyi yubiley medalı”
Qüsursuz xidmətə görə 3-cü dərəcəli” medalı ilə təltif olunmuşdur.
Şəhadətindən sonra isə
“Vətən uğrunda”,
”İgidliyə görə”
“Ağdamın azad olunmasına görə” medalları
“Rəşadət” ordeni ilə təltif edilib.
Şəhid olub şəhadətə yetdiyi son gün 2020 – ci il Oktyabrın 1 -i səhər tezdən saat 5- də anası Mələk xanıma zəng edib. Bir- bir hamını soruşub, halallaşıb. Sonra atasına zəng edib onunla danışıb və hec vaxt demədiyi son sözü “salamat qalın” sözünü deyib. Şəhidlik zirvəsinə ucalacağını bilirmiş kimi, 27 sentyabr müahribə başlanan gün son vəsiyyətinj mesajla yazıb;”Öpürəm hər birinizi bağrıma basıram,özünüzdən muğayat olun,balalarımıza yaxşı baxın,sizə tapşırıram.Mənim Hüseyin oğlum həmişə mənimlə fəxr etsin ,cünki onun atası qəhrəman olacaq .

Təranə Alməmmədova

İctimai Nəzarət Qəbələ rayon numayəndliyi rəhbəri