Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.
İşğal nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb,103 nəfər əlil olub.
Rayon üzrə bir yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri, o cümlədən, 31 nəfəri hər iki valideynindən yetim qalıb. İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı olub.
1992-ci ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində burada 30-dan artıq mədəniyyət və tarixi abidə dağıdılıb. Bundan başqa, düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb. Laçının işğalı tariximizə və yaddaşımıza qanlı hərflərlə yazılıb.