Laçın yolunda qurulan nəzarət-buraxılış məntəqəsinə Rusiyadan münasibət: Ümid edirik ki…

0
118

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanı əvvəllər əldə edilmiş razılaşmalara qayıtmağa çağırıb.

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımların qəbuledilməz olduğunu bildirib. Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Biz Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də rəsmi Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahatlığımızı bildiririk. Biz son dərəcə narahatlıqla atəşkəs rejiminin pozulması hallarının və hər iki tərəfdən mütəmadi olaraq itkilərlə nəticələnən müxtəlif insidentlərin artmasını qeyd edirik. Biz Azərbaycanın və Ermənistanın ictimai məkanında ittihamedici və aqressiv ritorikanın artmasını heç də az təhlükəli hesab etmirik”, – sənəddə deyilir.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəflərinə mövcud razılaşmalara qayıtmaq üçün müraciət edib.

“Biz hesab edirik ki, yaranmış problemlərin bir çoxu Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların əsas yolları üzrə danışıqlar prosesində irəliləyişin olmaması ilə bağlıdır. Ümid edirik ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və bunun öhdəsindən gələ biləcəklər”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir