Laçın sərhəd-buraxılış məntəqəsi içməli su ilə də təmin edildi

0
191

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən Həkəri çayının yatağında kaptaj qurğusu yaradılıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkilib və hidrofor nasosu quraşıdırılıb.

Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir