Laçın şəhərinə daha 25 ailə yola salınıb

0
167

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (96 nəfər) Laçın şəhərinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Laçın şəhərinə 247 ailə (956 nəfər), Zabux kəndinə isə 21 ailə (94 nəfər) köçürülüb.