Laçın postunda vəziyyət dəyişdi: ermənilər yoxlama zamanı nə edir?

0
156

Qarabağdakı erməni əhalisinin Laçın postunda yoxlanılmasına dair görüntülər yayılır. Burada diqqətçəkən əsas məqam ilk yoxlamadan sonra situasiyanın dəyişməsidir.

İki həftə öncə ermənilərin pasportları ilk dəfə yoxlanılanda reaksiya fərqli idi: pasportu yoxlanılan ermənilər narazı görünür, o cümlədən, rəsmi İrəvan, Xankəndidə qalan separatçılar və beynəlxalq aləmdə ermənipərəst dairələr buna etiraz edirdi; daha sonra yoxlamalarla bağlı yayılan görüntülərdə fərqli mənzər müşahidə edilir;

Son görüntülərdə nə var?

1. Azərbaycan sərhədçiləri mədəni qaydada ermənilərlə təmaslar qurur;
2. İlk yoxlamadan fərqli olaraq, ermənilərin aqressiyası və narazılığı hiss olunmur;
3. Postu keçən ermənilər prosedur qaydalarına razılıqla əməl edirlər: onların hansısa etirazı gömrük prosedurlarının dəyişməsi ilə nəticələnməyəcək, lakin məsələ bu qaydalara hansı əhval-ruhiyyədə əməl etmələridir;

Bu mənzərədən birdən çox nəticə ortaya çıxır:

Birincisi, erməni əhalisi reallıqla barışır və bölgədə hərəkət etmək üçün Azərbaycan qanunvericiliyinə tabe olmaqdan başqa çıxış yolunun olmadığını görürlər;
İkincisi, Qarabağın Azərbaycan ərazisi olduğu, Azərbaycan qanunlarına tabe olmadan burada yaşamaq perspektivinin olmadığını əyani şəkildə müşahidə edirlər;
Üçüncüsü, ermənilər azərbaycanlılar haqda anti-təbliğatın doğru olmadığına öz gözləri ilə şahid olurlar;

Bütün bunlar erməni əhalisinin reinteqrasiya prosesinə münasibətinin də müsbət yöndə dəyişməsi perspektivini yaradır. Qarabağdakı separatçılar əhalinin reinteqrasiyasına mane olmağa çalışsa da, Laçın postundakı yoxlama prosesini ümumilikdə erməni əhalisi ilə təbii təmasın yaranması da hesab etmək olar. Bu, Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi digər ərazilərə nəzarətin bərpa olunması istiqamətində mühüm addımdır