“Laçın postunda tutulanda dedim ki, bu həmin Vaqifdir” – Zərərçəkmiş

0
198

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri – Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Çingiz Hüseynov ifadə verib.

Zərərçəkmişin sözlərinə görə, həmin dövrdə zabit kimi xidmətdə olub, Meşəli kəndində müşahidə aparıblar.

Zərərçəkmiş ifadəsində Vaqif Xaçatryan və digər silahlı şəxslərin kəndə hücum etməsindən danışıb. O, Xaçaturyana ömürlük cəza istəyib.

Zərərçəkmiş Məmməd Kazımov deyib ki, Vaqaf Xaçatryan bütün cinayətkar birliklərdə fəal iştirak edib, əli qana batıb. Vaqif Xaçatryanın döyüşlərdə iştirakına şahid olub, işgəncələr verdiyini görüb.

Vaqif Xaçatryan zərərçəkmişdən soruşub ki, onu hardan tanıyır. Zərərçəkmiş isə cavabda deyib: “Səni hamı tanıyır, atanı da tanıyıram, bütün tayfanı tanıyıram, sən indi layiqli cəzanı alaacqsan”.

Zərərçəkmiş Təmraz Məmmədov bildirib ki, Əsgəranda meyitləri yığanda silahlıları onlardan alıblar: “Orada gəlini yandırmışdılar. Dedilər, Vaqif yandırıb. Mən onu hadisələr zamanı görmüşdüm. Laçın postunda tutulanda dedim ki, bu, həmin Vaqifdir”.