Böyük Britaniyada Kral Kolleci və London İmperial Kollecinin alimləri ilk dəfə laboratoriyada insan dişlərini yetişdiriblər.
Bu barədə “The Telegraph” məlumat yayıb.
Qeyd edilib ki, elm adamları dişlərin inkişafı üçün mühiti təqlid edən material yaratmağa nail olublar. Onun sayəsində hüceyrələr bir siqnal alır və diş əmələ gətirməyə başlayır. Plomb və implant yerinə istifadə edilərsə, insanın çənəsinə çevriləcək və sağalacaq.
Tədqiqatçıların fikrincə, yaradılmış materialdan hazırlanmış dişlər tamamilə laboratoriya şəraitində yetişdirilə bilər və ya formalaşmanın ilkin mərhələsində xəstənin çənəsinə yerləşdirilə bilər ki, insanın ağzında böyüməyə davam etsin. Alimlər bu metodun dişlərin bərpası sahəsində inqilab edə biləcəyinə inanırlar.