Lənkəranda Qarabağ qazisi bıçaqlandı

0
292

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş veribLənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.