Lənkəran və Cənub diyarında kreativ/ekoloji turizmin inkisaf imkanları. Fərid Əlizadə yazır

0
11

Azərbaycanın cənubunda, Xəzər dənizinin sahilində yerləşən Lənkəran rayonu, eləcə də onun mərkəzi sayılan eyni adlı şəhəri zəngin təbiəti, tarixi abidələri və unikal mədəniyyəti ilə ölkənin turizm, səyahət, kreativ xidmət mərkəzlərindən biri kimi tanınır.

Subtropik iqlimi, füsunkar mənzərələri və yerli qonaqpərvərliyi ilə Lənkəran iqtisadi rayonu, onun yerləşdiyi ərazi – Xəzər dənizinin gümuş qumlu sahilləri, zümrüd Lənkəran, Lerik, Astara, Masalli, Haftoni meşələri, təbiətin möcüzəsi – ulu Talış dağları, Sarı adası, unikal, beynəlxalq əhəmiyyətli Qızılağac və Hirkan Milli Parkları – qoruqları, Xanbulanay dəryaçası, çaylar, şəlalərlər, İstisu, yanar bulaq, bulaqlar, Lənkəran ovalığı kimi təbii gozəlliklər həm yerli, həm də xarici turistlər üçün cəlbedici məkandır.

Lənkəran iqtisadi zona subtropik iqlim qursağinda yerləşdiyi üçün ilin əksər vaxtlarında burada mülayim və isti hava şəraiti hökm sürür. Hirkan Milli Parkı bölgənin ən böyük təbii sərvətlərindən biridir. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş bu milli park nadir bitki və heyvan növlərinə ev sahibliyi edir. Hirkan meşələrində dünyanın başqa heç bir yerində rast gəlinməyən dəmirağac, şabalıdyarpaq palıd və digər bitkilər mövcuddur.
İqtisadi zonanın mərkəzi – əsas şəhərlərindən hesab olunan Lənkəran qədim tarixi ilə də məşhurdur. Şəhərdə yerləşən Qala qapıları (Xan evi ilə birlikdə) XVII əsrə aid edilir və Azərbaycan memarlığının incilərindən biri hesab olunur. Digər önəmli məkanlardan biri Mayakdır ki, bu da bir neçə əsr bundan əvvəl Xəzər dənizində üzən dənizçilərin sahildən təhlükəsizliyini təmin etmək üçün tikilmişdir.

Cənub diyarının, xüsusən də Lənkəranın mətbəxi xüsusi vurğulanmalıdır: əbəs yerə deyil ki, 2022-2023-cu illər ərzində Lənkəran şəhəri dünya mətbəx paytaxtı elan edilmisdir. Burada təklif edilən ləvəngi, balıq xörəkləri, təndirdə bişirilmiş çörəklər və subtropik meyvələr turistlərin könülərini fəth edir.

Rayonda təbii çay plantasiyaları da mövcuddur ki, bu da yerli çayın unikal dadını təmin edir.

Son illərdə Lənkəranda turizm infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib. Şəhərdə otellər, istirahət mərkəzləri, spa salonları və restoranlar turistlərə yüksək səviyyəli xidmət göstərir. Eko-turizm, dağ yürüşləri və dənizkənarı istirahət Lənkəranı ziyarət edənlər arasında xüsusilə populyardır.

Lənkəranda hər il keçirilən çay, düyü və sitrus meyvələri festivalları bölgənin mədəniyyət və iqtisadi potensialını tanıtmaq məqsədi daşıyır. Bu tədbirlər turistlərə yerli adət-ənənələri daha yaxından tanımaq imkanı verir.
Cənub bölgəsi, xüsusən Lənkəran, həm təbii gözəllikləri, həm tarixi-mədəni zənginlikləri, həm də mətbəxi ilə kreativ turizm potensialını artırmağa davam edir. Buraya səfər edən turistlər həm təbiətin, həm də mədəniyyətin gözəlliklərindən zövq ala bilərlər. Bura, Astara, Lənkəran və Lerik, unikal və yaddaqalan təcrübə axtaran hər kəs üçün ideal bir məkandır. Lənkəranda turistlərin marağını cəlb edə biləcək dağlar, meşələr, Xanbulan çay, istisu sağlamliq məkanı, bulaqlar, qeyzerlər əsl təbii nemətlərdor və onların mühafizəsi ilə dövlətimiz ciddi məşğul olur.

Düşünüruk ki, Cənub bölgəsində və Lənkəranda kreativ, etnoqrafik, ekoloji, kənd, mətbəx, mental-mədəni, sağlamlıq/tibbi, dağ/meşə, idman turizmin inkişafı ilə əlaqədar genişmiqyaslı dövlət proqramının hazırlanaraq reallaşdirilmasına böyük ehtiyac duyulur. Xüsusən də Rusiya, Türkiyə, İran, ərəb ölkələrindəki xarici turistləri bu bölgəyə cəlb etməyin vaxtı çoxdan yetişib. Bunlar üçün hər cür şərait var…

Fərid Əlizadə

Hesabat TV-nin cənub zonası

üzrə xüsusi müxbiri,

turizm üzrə mütəxəssis,

YYSİB üzvü