Lənkəran silkələndi

0
595

Lənkəran silkələndi

Lənkəran rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.