Kino və televiziya dünyasının önəmli simalarından biri olan rejissor və prodüser Osman Sınav vəfat edib.
Karyerası boyunca bir çox unudulmaz layihələrə imza atan Sınav, xüsusilə “Deli Yürek”, “Ekmek Teknesi”, “Kurtlar Vadisi”, “Sakarya Fırat” və “Sen Anlat Karadeniz” kimi layihələri ilə milyonların yaddaşında silinməz izlər qoyub.
Uzun müddət xərçəngdən müalicə olunan və bir neçə dəfə bu amansız xəstəliyi məğlub edən rejissor və prodüser 69 yaşında həyatla vidalaşıb.
Xatırladaq ki, müalicə alan ustad rejissoru son aylarda “Kurtlar Vadisi” layihəsində birlikdə çalışdığı və yaxın dostu olan “Aslan Bəy” obrazını canlandıran Selçuk Yöntem, vəkil “Elif” rolundakı Özgü Namal, Çakır obrazı ilə tanınan “Oktay Kaynarca” və aktyor Mehmet Aslantuğ ziyarət etmişdi.