Kurskda əsir götürülən hərbçilər arasında əcnəbi muzdlular var? – Alaudinov açıqladı

0
41

Kursk vilayətində “Axmat”ın məsuliyyət zonasına daxil olan ərazidə əsirlər arasında əcnəbi muzdlular yoxdur.

Bunu “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Silahlı Qüvvələri Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinov deyib.

“Hazırda götürdüyümüz əsirlər arasında bir nəfər də olsun əcnəbi muzdlu yoxdur”, – o bildirib.

Avqustun 6-da səhər saatlarında Ukrayna silahlı qüvvələrinin birləşmələri Kursk vilayətinə daxil olan Sudcanski rayonunun ərazisinin bir hissəsini ələ keçirib.