Kür çayı, demək olar ki, dənizə çatmır – “Balıqların ehtiyatının kəskin azalması gözlənilir”

0
301

Azərbaycanın regionlarında ekspedisiyalar zamanı nərəcinsli və digər növlərdən olan balıq ehtiyatı, onların yayılması, növ tərkibi araşdırılır”.

Bunu Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov deyib. O bildirib ki, aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, Kür və Araz çaylarında suyun səviyyəsi 50-60 faiz azalıb: “Kür çayı, demək olar ki, dənizə çatmır. Bunun nəticəsində nərəkimilərin və qızıl balıqların ehtiyatının kəskin azalması gözlənilir. Qeyd olunan problemlərin qarşısını almaq, Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmini üçün ciddi tədbirlər görülməlidir. Bu məqsədlə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək mümkündür”.