Külək güclənib – Nazirlik faktiki rəqəmləri açıqladı

0
517

Rayonlarda da külək güclənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustun 5-də səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, küləyin sürəti Bakıda və Sumqayıtda 35-40 m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Çilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib. Qeyd olunub ki, dənizdə dalğanın hündürlüyü 6,5 metrdir.

Rayonlarda isə qərb küləyi Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s,  Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.