İslandiyanın Reykyavik şəhərində güclü qasırğa naməlum turisti yoldan uçurdub.
Hadisənin görüntüləri “Fox 5” tərəfindən dərc olunub.
Məlumata əsasən, qasırğanın sürəti saatda 74 mil (saatda 119 kilometr) olub.
Xatırladaq ki, İslandiyada güclü küləklə müşahidə olunan çovğun bir həftədir davam edir. Ölkənin müxtəlif bölgələrində elektrik enerjisinin verilməsində problemlər yaranıb, yerli hava limanında onlarla reys ləğv olunub.