“İnslanlar küçədə sahibsiz itləri bəsləməməlidirlər, çünki heyvan yemək aldığı ərazini özününkü hesab etməyə başlayacaq və onu müdafiə edəcək, yalnız insanlara deyil, digər itlərə də hücum edəcək”.
Bu barədə Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev RİAMO ilə söhbətində danışıb.
“İtlər müəyyən bir ərazidə qidalanmağa öyrəşsələr, onları özlərinə məxsus hesab etməyə başlayacaqlar və yad adam görəndə onlara hücum edə bilərlər”, – o deyib.
Qolubev evsiz itlərə kömək ola biləcək üç məsləhət də verib. “Birincisi, böyük bir heyvan sürüsü haqda yerli hökumətlərə və dövlət baytarlıq orqanlarına bildirməkdir. İkincisi, itləri qidalandırmağı dayandırmaqdır, çünki bu, yalnız vəziyyəti daha da pisləşdirir, üçüncüsü isə heyvan üçün ev tapmağa çalışmaqdır”, – Qolubev yekunlaşdırıb.