Kubadan Bakıya daha 120 həkim gətirildi – COVİD-19 xəstələrini müalicə edəcəklər

0
388

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində noyabrın 6-da Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti briqada gətirilib.

Həkim briqadasının rəhbəri Dalsi Torres Avila Kubadan Azərbaycana ilk həkim briqadasının bu ilin iyul ayında gəldiyini xatırladıb.

“Həmin briqadada olan 115 həkim 1 nömrəli klinik xəstəxanada fəaliyyət göstərir. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq,” – deyə, o qeyd edib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliynin (TƏBİB) şöbə müdiri Ramin Ağayev həkim briqadasının növbəti 3 ay ərzində Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrinin müalicəsini həyata keçirəcəyini deyib.