Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.
Bu barədə Kubanın “Radio Habana Cuba” saytı istinadən xəbər verir.
Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.
Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah – bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.