
Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin bütün kontingenti yanvarın 19-dək Qazaxıstandan çıxarılmalıdır.
Bu açıqlama ilə KTMT-nin baş katibi Stanislav Zas çıxış edib.
“Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət öz daimi dislokasiya məntəqələrinə qaytarılacaq. Və əgər hava şəraiti müdaxilə etməsə, o zaman rəsmi məlumatlara görə, hər kəsin daimi yerləşdirmə məntəqələrinə qaytarılması planlaşdırılır”, – Stanislav Zas vurğulayıb.
O, əlavə edib ki, Qazaxıstanda hazırda vəziyyətin normala qayıtdığını söyləmək, yəqin ki, tam doğru olmaz:
“Qazaxıstanın bütün bölgələrində fövqəladə vəziyyət hələ də aradan qaldırılmayıb. Ancaq vəziyyət yaxşılaşır, dönüş nöqtəsi artıq gəlib və deyə bilərik ki, ölkə normal həyata qayıdır”.