Kremlin sülhməramlılara verdiyi bu tapşırıq erməniləri dəli etdi

0
141

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tənqid edərək İrəvanın ünvanına belə bir cümlə işlədib: “Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda Ermənistanın qərarını tamamilə qəbuledilməz hesab edirik”. Moskva Ermənistanın sözügedən istiqamətdə atacağı addımların ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini bildirib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, “atacağı addımlar” dedikdə söhbət Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə verdiyi orderdən gedir.

“Başqa sözlə, Putin İrəvana gedərsə, Ermənistan hüquq-mühafizə orqanları onu həbs etməlidir”. Aydındır ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşularsa belə İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz. Digər tərəfdən belə vəziyyətdə Putin də İrəvana getmək istəməz. Maraqlıdır ki, Kremlin təlimatıyla Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin qərarını sərt tənqid edərkən, Rusiya Müdafiə Nazirliyi Ermənistanla birgə Qərbi Zəngəzurda hərbi təlimlər keçirib. Bu təlimlər Azərbaycanın əleyhinədir. Kreml bununla demək istəyir ki, baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalsa da, Ermənistanın Azərbaycan qarşısında gücsüz qalmasını istəmir. Buna baxmayaraq, Kreml-İrəvan münasibətləri tarixin ən soyuq dövrünü yaşayır ki, bu, Azərbaycanın maraqlarına uyğundur”.

Politoloq əlavə edib ki, Moskva-İrəvan münasibətlərindəki hazırki vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir:

“Erməni separatçıları Qarabağda Rusiyasız “fəaliyyətlərinə” davam edə bilməyəcəklərini anlayırlar. Ancaq Kremlin Rusiya hərbi kontingentinə verdiyi hazırki tapşırıq bundan ibarətdir ki, Azərbaycan hərbçiləri ilə toqquşmamalıdırlar. Bu, erməniləri ciddi narahat edir. Çünki erməni separatçıları Rusiya hərbi kontingentinin Azərbaycan hərbçilərini durdurmasını istəyir. Bu baş vermədiyinə görə, erməni separatçılarının Rusiyadan məyusluğu artır. Bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarına uyğun hərəkət edir, sadəcə biz Qarabağda hədəflərimizə doğru irəliləməkdə davam edə bilərik