Kremldən Putinin Trampa göndərdiyi hədiyyə haqda açıqlama: Şəxsi olduğu üçün…

0
13

Kreml Stiv Vitkoffun Vladimir Putinin Donald Trampa hədiyyə – məşhur rus rəssamının tablosunu verdiyi barədə sözlərini təsdiqləyib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bu, həqiqətən də prezidentin amerikalı həmkarına verdiyi tamamilə şəxsi hədiyyədir”, – Kreml sözçüsü deyib.

O, tabloda nə təsvir edildiyini və müəllifinin kim olduğunu söyləməkdən imtina edib.

“Hədiyyə şəxsi olduğu üçün əlavə məlumat vermək istəmirik”, – deyən Peskov rəsm haqqında Vladimir Putinin özünün danışa biləcəyini qeyd edib.

Vitkoffun sözlərinə görə, rəsm Donald Trampın portretidir.

Onun Nikas Safronov tərəfindən şəkildiyi iddia olunur.