Kreml Trampın hədələrinə CAVAB VERDİ

0
14

Ukraynadakı münaqişənin həlli üçün danışıqlar daha çox vaxt və səy tələb edir.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ağ Evin rəhbəri Donald Trampın Moskvaya qarşı ikinci dərəcəli tariflər tətbiq etmək hədələrinə belə cavab verib.

“Biz Amerika tərəfi ilə əlaqələrimizi davam etdiririk. Ukrayna böhranının həlli ilə bağlı gündəmdəki maddələr çox mürəkkəbdir və əlavə səylər tələb edir”, – Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı razılaşma olmadığı halda Rusiyadan neft ixracına rüsumlar tətbiq etməklə hədələmişdi. Tramp Rusiya neftinə 25-50 faiz rüsum tətbiq edilə biləcəyini demişdi.