Rusiyada doğum səviyyəsi “dəhşətli aşağı” səviyyədədir və bu, millətin gələcəyi üçün fəlakətlidir.
Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsi qeyd edib ki, Rusiyada mövcud orta göstərici Avropa ölkələrindəki doğum səviyyəsi ilə müqayisə oluna bilər, lakin bu, millətin gələcəyi üçün kifayət deyil.
“Biz dünyanın ən böyük ölkəsində yaşayırıq. Amma biz hər il azalırıq. Bunun öhdəsindən ancaq orta doğum səviyyəsini artırmaqla nail olmaq olar”, – Peskov deyib.