Böyük Britaniya Kraliçası II Elizabetin nəvəsi, 31 yaşlı York şahzadəsi Beatris gizli şəkildə 37 yaşlı milyonçu və biznesmen Edoardo Mapelli Motstsi ilə ailə həyatı qurub. “Qafqazinfo” bildirir ki, bu barədə “ET Canada” xəbər verib.
Cütlük Vindzor qəsrində 20 qonağın iştirakı ilə nikaha girib. Mərasimdə Kraliça həyat yoldaşı – Edinburq hersoqu şahzadə Filiplə, həmçinin digər yaxın qohumlar, o cümlədən gəlinin atası – York şahzadəsi Endrü, II Elizabetin ikinci oğlu iştirak edib.
Qeyd edək ki, Beatrisin nişanlanması barədə ötən ilin sentyabr ayında məlum olmuşdu, toyun 2020-ci ilin may ayında keçirilməsi planlaşdırıldı, lakin daha sonra koronavirus pandemiyası səbəbindən mərasimlər qeyri-müəyyən müddətə təxirə salınmışdı.