Fransalı astronavt Tomas Peskenin Beynəlxalq Kosmik Stansiyadan Saxara səhrasını əks etdirən fotolar böyük maraqla qarşılanıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
“Kosmosda astronavtlar üçün ənənəvi bir foto varsa o da “Saxaranın gözü” kimi tanınan Riçard strukturudur. Hamımızın bununla bağlı bir-iki şəkli var”, – deyə astronavt fotolara şərh yazıb.
Bununla belə, istifadəçilər şəkli yüksək qiymətləndiriblər, paylaşım minlərlə bəyənmə toplayıb.
Qeyd edək ki, Tomas Peske bundan əvvəl Kəbənin bütün parlaqlığı ilə göründüyü Məkkənin gecə vaxtı kosmosdan çəkilmiş fotoşəkilini paylaşaraq müsəlmanları Ramazan bayramı münasibətilə təbrik etmişdi.