“Mühəndislər bunun səbəbini araşdırır” – deyən mütəxəssis əlavə edib ki, hadisə açıq kosmosa çıxma qrafikinə təsir etməməlidir
Açıq kosmosda iş zamanı amerikalı kosmonavt Endryü Morqanın ayaqqabısının içinə az miqdarda su yığılıb.Bu barədə NASA-nın nümayəndəsi danışıb.
Onun sözlərinə görə, maye Endryü Morqanın skafandrının sağ çəkməsində aşkarlanıb.
“Mühəndislər bunun səbəbini araşdırır” – deyən mütəxəssis əlavə edib ki, hadisə açıq kosmosa çıxma qrafikinə təsir etməməlidir.
Xatırladaq ki, noyabrın 15-də Morgan, Avropa Kosmik Agentliyinin kosmonavtı italiyalı Luka Parmitano ilə birlikdə Beynəlxalq Kosmik Stansiya göyərtəsində işləyib. Onlar ümumilikdə kosmosda 6 saat 32 dəqiqə vaxt keçiriblər. Bu müddət ərzində onlar AMS spektrometrindən qoruyucu qalxan çıxarıblar. Bu cihazı təmir etmək üçün lazım olub.
Spektrometr stansiyaya 2011-ci ildə gətirilib. NASA-nın məlumatına görə, cihazın soyutma sistemindəki dörd nasosdan üçü işləmir. Onun təmiri üçün daha üç kosmik yolun çəkilməsi planlaşdırılır.