Kosmik turizm hava şarlarından başlayır

0
54

Oturacaq üçün 125 min dollar ödəyənlər nəhəng bir şarla kosmosun kənarına səyahət edə biləcəklər.

İlk uğurlu uçuş cəhdini başa vuran “Space Perspective” açıq bar və tualetdən ibarət dəbdəbəli kapsuldan Yerin görünüşünü təqdim edib.

8 yerlik nəqliyyat vasitəsi ilə səyahətlər bu ilin sonunda başlayacaq. Minimum depozit haqqı min dollar olaraq təyin olunub. Şirkət kapsulla bağlı xəbərləri ilk dəfə fevral ayında “X”da elan edib.

Qeyd edək ki, sözügedən nəqliyyat vasitəsi indiyədək inşa edilmiş hər hansı insan kosmos kapsulunun ən böyüyüdür.