Kosmik stansiyada yubanan astronavtlar hər gün üçün beş dollar alacaqlar

0
27

“Beynəlxalq Kosmik Stansiyada (BKS) plandankənar doqquz ay yubanan astronavtların hər birinə orada qaldıqları hər günə görə beş dollar ödəniləcək”.

Bunu NASA-nın Kosmik Əməliyyatlar İdarəsinin nümayəndəsi Cimi Rassel deyib.

Onun sözlərinə görə, BKS-də plandankənar doqquz aylıq yubanmaya “nəzərdə tutulmayan xərclər” üçün günlük ödənişlərə dair müddəa aiddir, bu da bir gün üçün 5 dollar təşkil edir.

Beləliklə, BKS-də 286 gün ərzində qalmaya görə astronavtlar Suni Uilyams və Butç Uilmor illik maaşlarına əlavə olaraq, cəmi 1.4 min dollar alacaqlar.

Xatırladaq ki, amerikalı astronavtlar Uilmor və Uilyams BKS-yə 2024-cü il iyunun 5-də gediblər. Onların Yerə qayıtması həmin il iyunun 14-ə planlaşdırılmışdı. Lakin helium sızması və “Starliner”in dörd mühərrikinin sıradan çıxması missiyanı altı aydan çox gecikdirib.