Koronaya yoluxmuş insan gecə belə oyanır

0
551


 

Koronavirusun ilk nəzərəçarpan əlamətləri titrəmə və yüksək hərarətdir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib.

“İnsanlar gecə ikən yuxudan narahat oyandıqlarını, özlərini qorxunc dərəcədə çox pis hiss etdiklərini və nə baş verdiyini anlamadıqlarını deyirlər. Bu durumu koronavirusa yoluxmuş insanların 90 faizi hiss edir”, – M.Harris bildirib.