Koronavirusun yeni simptomu AŞKAR EDİLDİ

0
46

İspaniyada koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən 666 xəstənin dörddə birinin ağız və ya dilində dəyişikliklər olduğu müəyyən edilib. 

“British Journal of Dermatology”də dərc olunan araşdırmada bunun koronavirusun əvvəllər məlum olmayan yeni simptomunun göstəricisi olduğu qeyd olunub.

Bildirilib ki, koronavirusa yoluxmuş şəxslərin dilinin səthində şişlik, yanma hissi və kobud dəri yarana bilər. Bu infeksiyalar adətən ağızda dəyişikliklərə səbəb olur. Bununla belə, bu simptom COVID infeksiyası təmizləndikdən sonra yox olur və bu, təxminən iki həftə çəkir.

Qeyd olunur ki, bu hallarda reseptsiz satılan antiinflamatuar və göbələk əleyhinə dərmanlar, ağız qarqaraları kömək edə bilər. Ancaq iki həftədən sonra problem aradan qalxmasa, mütləq həkimə müraciət olunmalıdır.