“Pfizer” tərəfindən koronovirusa qarşı işlənib-hazırlanan və “PF-07321332” şərti adı ilə təcrübədən keçirilən dərman preparatı bu ilin sonuna kimi satışa buraxa bilər.
Bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən preparat üzərində işə mart ayında başlanılıb. “Pfizer”-in dünya miqyaslı Tədqiqat, inkişaf və tibb bölümünün rəhbəri Mikael Dolsten bu barədə məlumat verərək qeyd edib: “Biz “PF-07321332″ dərmanını virusa yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsinə və ya reanimasiyada qalmasına ehtiyac olmadan, infeksiyanın ilk əlamətlərində tətbiq oluna bilən potensial oral terapiya şəklində hazırlamışıq”.
Qeyd edək ki, preparatın bir aya yaxındır ki, davam edən sınaqlarında 18-60 yaş arası könüllülər iştirak ediblər.
Məlumatda o da bildirilir ki, koronavirusa yoluxan insanlara dərmanın necə təsir göstərdiyini müəyyənləşdirmək üçün əlavə sınaqlara ehtiyac var. Odur ki ilkin sınaqların nəticələri ümidverici olsa belə, preparat ən tez bu ilin sonunda satışa buraxıla bilər.