Koronavirusun ona yoluxmuş insanın hüceyrəsinə nüfuz etməsini təsvir edən fotolar yayılıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin (CDC) yayımladığı mikroskop fotoşəkilləri yeni ölümcül koronavirusu görünməmiş detallarda nümayiş etdirir. Fotoşəkillərdə göstərilənlər Çinin Uhan şəhərini ziyarət etdikdən sonra ABŞ-da xəstələndiyini öyrənən koronavirusa yoluxmuş ilk şəxsin orqanizminə aiddir. Göy rəngli hissəciklər ölümcül virusa aiddir.