Koronavirusun “Britaniya ştammı” mutasiya edib: İmmunitetə daha güclü müqavimət göstərir

0
395

İngilis alimlər ölkədə müəyyən edilən koronavirusun daha sürətlə yayılan variantında dəyişikliklər olduğunu açıqlayıb.

“Britaniya ştammı”nın mutasiya etmiş variantına 214 mindən çox nümunənin 11-də rast gəlinib. Sözügedən mutasiyaya E484K adı verilib.

Bir sıra tədiqatlar E484K-nın təbii immunitet sisteminə qarşı daha güclü müqavimətə malik olduğunu göstərib.