Koronavirusun beyinə dağıdıcı təsiri

0
358

Koronavirus beyinə bir sıra dağıdıcı təsir göstərə bilər.

Koronavirusa yoluxan, nevroloji və psixiatrik ağırlaşmaları olan xəstələrin 62 faizinin beyin qan dövranının zədələnmiş olduğu bildirilir.

Eyni zamanda, 31 faiz insan zehni qarışıqlıq və uzun müddətli huşsuzluğa məruz qalıb.

Koronavirusun ən çox rast gəlinən nevroloji nəticələri iflic, həmçinin ensefalit – beyin toxumasının iltihabıdır.

Nevroloji simptomların fərqli insan qruplarında meydana gələ biləcəyi qeyd olunur.

Bildirilir ki, məlumat çatışmazlığı səbəbindən koronavirusu yüngül və ya asimptomatik keçirən insanlar arasında nevroloji simptomların yayılma dərəcəsini təyin etmək olduqca çətindir.