Alimlər koronavirus molekulunun əsl rəngini açıqlayıblar.
“Koronavirus molekulunun əsl rəngi ağ-qaradır”, – deyə sosial elmlər üzrə ali məktəbin professoru Andre Gyuter bildirib. Alim qeyd edib ki, əslində bu da şərtidir. Çünki SARS-CoV-2 molekulunun ölçüsü işıq dalğasından daha kiçikdir.
Ekspertin sözlərinə görə, forma etibarilə virusun molekulu şarabənzər topa şəklindədir.
Bəzi təsvirlərdə virusun rəngli göstərilməsinə gəlincə, professor bildirib ki, bəzən üçölçülü təsvirlərdə molekulları yaxşı ayırd etmək üçün sarı, qırmızı, çəhrayı və göy rənglərdən istifadə olunur.