Koronavirusu blok edən yeni virus yaradıldı – Peyvəndin tapılması an məsələsidir

0
463

Amerikalı elm adamları laboratoriya şəraitində COVID 19 virusunu blok edən süni virus kəşf edib.

Mütəxəssislər bu tapıntının koronavirusa qarşı peyvənd kimi istifadə edilə biləcəyini bildirir.

Araşdırmaçılar itlərin orqanizmində olan, lakin insanlara zərəri toxunmayan təbii parainfluenza 5 (PIV 5) əsaslı infeksiyadan istifadə edib. PIV 5-ə yoluxan hüceyrələrə koonavirusun “tikanlarının” oxşarı olan S-qlikoprotein ifraz edən genom əlavə edərək yeni modifikasiya əldə olunub. Tapıntının testləri MARS infeksiyası daşıyan siçanlar üzərində aparılsa da, mütəxəssislər bu metodun SARS-CoV-2-də də effektiv olacağını düşünür.

Doktor Paul Makkari hesab edir ki, COVID 19-a yol açan koronavirusa qarşı effektiv peyvənd tapmaq an məsələsidir.