Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib

0
557

Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib.

Kaliforniya Universitetinin alimləri onların yuxarı sinif şagirdləri olduğunu iddia edirlər.

Alimlər karantin götürüldükdən sonra məktəblərdəki vəziyyəti simulyasiya edib. Məlum olub ki, yuxarı sinif şagirdlərinin müəllimləri arasında yoluxma payızda kəskin şəkildə arta, onların 40,7 faizində COVID-19 simptomları inkişaf edə bilər.

Mütəxəssislər kiçik yaşlı uşaqlar arasında patogenin yayılmasının yuxarı sinif şagirdlərinə nisbətən daha az olduğunu söyləyirlər. Proqnozlar 10 yaşınadək uşaqların özündən böyüklərə nisbətən infeksiyaya iki dəfə az həssas olduğunu göstərən məlumatlara əsaslanır.

Tədqiqatda sinifdəki şagird sayını azaldaraq yoluxma səviyyəsini azaltmağın mümkün olduğu qeyd edilib.

Alimlərin fikrincə orta və yuxarı sinif şagirdlərinin olduğu sinifdə uşaqların sayı 10 nəfəri keçməməlidir. Ancaq ibtidai sinif şagirdləri üçün bu göstərici 20 nəfərdir.