
Hökumət kəndlilərin koronavirusla mübarizə aparan tibb işçilərinə hücumlarından narahatdır.
Meksika rəsmiləri həkimlərə yönəlmiş qəzəb hissinin yolverilməz olduğunu vurğulayıblar:
“Tibb işçilərinin hücuma məruz qalması bizi narahat edir”.
Səhiyyə nazirinin müavini Uqo Lopes-Hatel mətbuat konfransı zamanı bildirib ki, epidemiyanın üçüncü mərhələsində həkimlər virusun yayılmasının qarşısını almaqda əsas rol oynayacaqlar: “Həkimlərə qarşı aqressiya ictimai yerlərdə və nəqliyyatda baş verib”.
Meksikada koronavirusa 4219 yoluxma fatı qeydə alınıb. 273 nəfər ölüb, 21 277 analizin nəticəsi isə neqativ çıxıb.