Ötən il ölkədə koronavirus infeksiyası ilə bağlı sosial şəbəkələrdə yalan məlumat yayan 100 nəfər müəyyən edilib.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda bildirilib ki, onlardan 60 nəfər cərimələnib, 40 nəfər isə məhkəmə qərarı ilə inzibati həbs olunub.
Həmçinin, il ərzində karantin qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratma faktlarına görə 696 cinayət işi başlanıb. Həmin cinayət işləri üzrə 42 nəfər həbs edilib, 4 nəfər polisin nəzarətinə verilib.