Dünyada 136 641 901 nəfərdə koronavirus aşkarlanıb.
Virusdan 2 949 409 xəstə ölüb, 109 881 553 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 918 591 nəfər), Hindistan (13 527 717 nəfər), Braziliya (13 482 543 nəfər), Fransa (5 058 680 nəfər) və Rusiyadır (4 641 390 nəfər).
Türkiyədə 3 849 011, İranda 2 070 141, Gürcüstanda 288 396, Ermənistanda isə 202 817 nəfərdə koronavirus müəyyən edilib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (102 986 nəfər), İranda (64 490 nəfər) və Türkiyədə (33 939 nəfər) qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 285 993 nəfərin 3 915-i ölüb, 250 708 xəstə sağalıb.