Koronavirusla bağlı ixtiraya hazırlaşan gənc alim güllələndi

0
565

Pitsburq Universitetinin Tibb Fakültəsinin 37 yaşlı təhqiqatçı alimi Binq Liu güllələnərək qətlə yetirilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Taunşipdəki evində ölü halda tapılan gənc alim SARS-CoV-2 infeksiyası ilə bağlı mühüm ixtiranın ərəfəsində imiş.

Liunu Hao Gu adlı 46 yaşlı tanışı başından və boynundan güllələyib. Gu daha sonra avtomobilində intihar edib. Hazırda onlar arasındakı əlaqə və cinayətin təfərrüatı araşdırılır. Məlumata görə, Liu 30-dan çox elmi məqalə müəllifidir və sistem biologiyasının müxtəlif araşdırmalarını aparıb. O, koronavirusun fəsadlarının hüceyrə əsaslarını təşkil edən mexanizmlərini aşkara çıxacaq mühüm ixtiraya hazırlaşırmış. Universitet onun araşdırmalarını başa çatdıracağını açıqlayıb.